Az tv canli izle

Az tv canli izle

Aztv Azərbaycanın ilk televiziya və radio kanalıdır. Radio nəşrlərinə 1926, televiziya efirlərində isə 1955-ci ildə başladı. 2007-ci ildə EBU üzvü olub Eurovisiona qatılmaq istəmişsə də Avropa Yayım Birliyinin Yanvar 2007-ci ildə aldığı bir qərara görə ümumi üzvlük məlumat müraciəti “dövlətdən kifayət qədər müstəqil olmadığı” səbəbiylə reddedildi.Şu anda Uefa Avropa Liqası və Çempionlar Liqası yayınları da etməkdədir. Türksat uydusundaki nəşri kəsilmişdir. Birbaşa yayım Azərspace-1 peykindən davam etməkdədir.

AZ TV Canlı izle, az tv canlı izle, az tv izle, azerbaycan tv izle, aztv frekans, az tv kesintisiz izle, aztv donmadan izle, hd az tv

Şirkət haqqında

«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.

Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb. Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu BİRİNCİlik  müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.

2005-ci il martın 23-də Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 213 saylı fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Azərbaycan Televiziyasının auditoriyası çox genişdir. Hazırda bu televiziyanın yaydığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər. Azərbaycan Televiziyasının Türkiyə, Rusiya, Ukrayna, Iran, Kanada, Özbəkistan və Qazaxıstanda müxbir məntəqələri fəaliyyət göstərir. Aprel ayının 5-dən isə Ərəb ölkələri və Şimali Afrika  bürosu fəaliyyətə başlayıb.

2004-cü ilin fevralından AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edilib. «Teleradio» İstehsalat Birliyi mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV – Up-link stansiyasını quraşdırması nəticəsində Azərbaycan Televiziyasının verilişləri Avropaya «Hot Bird» və «SESAT», Şimali Amerikaya «Galaxy 25», Asiyaya «Turksat 1C» peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası «Avropa keyfiyyəti» medalına layiq görülmüşdür.

Azərbaycan Teleradiosuna peşəkar yaradıcı heyət və menecerlərdən ibarət komanda rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycan televiziya və radiosunun yarıməsrlik yubileyi ərəfəsində bir çox teleradio jurnalistimiz və rejissorumuz müxtəlif dövlət mükafatlarına – fəxri adlara, orden və medallara layiq görüldülər.

2007-ci il Azərbaycan Televiziyası üçün yeniliklər ili oldu: ciddi kadr islahatları aparıldı, yeni proqramlar, verilişlər, tamaşalar meydana gəldi, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edildilər, planlı şəkildə efirə və kanalın infrastrukturuna kapital qoyuluşu həyata keçirildi.

Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir.

Leave a Reply